İranı kütləvi etirazlar: Bu son döyüşdür, Pəhləvi qayıdacaq

Gecə saatlarında İranın bir neçə şəhərində etiraz aksiyaları davam edib.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, bu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi son müraciətində xalqı ümumxalq tətil və genişmiqyaslı etirazlara qoşulmağa çağırıb.

İqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq Tehran, İsfahan, Əhvaz, Şiraz, Kirmanşah və Nəcəfabad da daxil olmaqla, müxtəlif şəhərlərdə sahibləri dükanları bağlayaraq etiraz aksiyaları keçiriblər.

Tələbə təşkilatları və fəalların çağırışlarından sonra Tehran, İsfahan və Yəzd də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində tələbələr aksiyalara qoşulublar.

Etirazçılar aksiyalar zamanı “Diktatora ölüm”, “Nə Qəzza, nə Livan, canım İrana fəda”, “Vilayəti-fəqih sisteminə ölüm”, “Bu bahalılığa ölüm, sona qədər gedirik”, “Bu son döyüşdür, Pəhləvi qayıdacaq” və “Rza şah, ruhun şad olsun” kimi şüarlar səsləndiriblər.

Kirmanşah və Tehranda etiraz edən vətəndaşlar təhlükəsizlik qüvvələrinə müqavimət göstərərək, onları geri çəkilməyə məcbur ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər