Tehranda tətil elan edildi

Dekabrın 31-i Tehran əyalətində ümumi tətil elan olunub.

Bu haqda İranın hökumət mediası məlumat yayıb.

Məlumata görə, bəzi təcili tibb yardım müəssisələri və xəstəxanalar istisna olmaqla, məktəblər, universitetlər, idarələr, bazarlar, iaşə obyektləri və başqa iş yerlərində tətil elan edilib.

Rəsmi məlumata görə, bu, havanın kəskin soyuması və enerji çatışmazlığı ilə bağlıdır.

Qeyri-rəsmi məlumatlarda isə bunun təyin olunan etiraz aksiyaları ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gündür Tehranda etiraz aksiyaları keçirilir və dekabrın 30 və 31-də yeni aksiyaların keçiriləcəyi barədə çağırışlar edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər