Eskişehirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunan “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə Salam” proqramı Lidya Park Salonunda geniş iştirak və coşqulu atmosferlə həyata keçirilib.

Proqrama dərnək sədri Uzm. Ecz. Cavid Aydın, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, sədr müavini Sirac Yaquboğlu, Sevgi Xoru üzvləri, dərnək üzvləri, azərbaycanlı soydaşlar və çox sayda gənc qatılıb.

Proqramın açılış nitqini edən Dərnək sədri Uzm. Ecz. Cavid Aydın, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif coğrafiyalarında yaşayan azərbaycanlılar arasında birlik, həmrəylik və ortaq mədəni dəyərlərin gücləndirilməsi baxımından önəmli bir gün olduğunu vurğulayıb.

Sədr müavini Sirac Yaquboğlu isə çıxışında həmrəylik ruhunun yaşadılmasında mədəni tədbirlərin və gənclərin aktiv iştirakının əhəmiyyətinə diqqət çəkib.

Tədbir bədii və mədəni nümayişlərlə davam edib. Sisilya xanımın təqdim etdiyi rəqs performansı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, Buta Bakı Musiqi Qrupu isə ifa etdiyi mahnılarla gecəyə rəng qatıb. Proqram çərçivəsində səhnəyə çıxan Şaxta Baba və Qar Qız uşaqlara hədiyyələr paylayaraq tədbirə şənlik qatıb.

Bundan əlavə, beynəlxalq və şəhərlərarası musiqi festivallarında nailiyyətlər qazanan gənc sənətçi Elvin Məmmədli səhnə performansı ilə iştirakçılara duyğulu anlar yaşadıb. Gənc sənətçi Mirzə Kazımzadənin çıxışı da izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Proqramın növbəti hissəsində qısa fasilədən sonra Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclər Qolu tərəfindən təşkil edilən lotereya keçirilib.

Musiqi, əyləncə və yeni il coşqusunun bir arada yaşandığı gecə iştirakçıların unudulmaz anları ilə sona çatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər