"İlin nominasiyaları” üzrə mükafatların təqdimetmə mərasimi keçirilib

Marneuli şəhərində 24News.ge xəbər portalının Gürcüstan azərbaycanlıları arasında təsis etdiyi “İlin nominasiyaları” üzrə mükafatların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, bələdiyyə üzvləri, jurnalistlər, ziyalılar və gənclər iştirak ediblər.

24News.ge xəbər portalının təsisçisi Azər Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edib, 2025-ci ilin Gürcüstan azərbaycanlıları üçün mühüm il olacağını vurğulayaraq qarşıdakı dövr üçün uğurlar arzulayıb. Bildirilib ki, il ərzində media tərəfindən aparılan müşahidələr əsasında Gürcüstan azərbaycanlıları arasında müxtəlif sahələr üzrə fəaliyyəti ilə seçilən şəxslərin mükafatlandırılması qərara alınıb.

Qeyd olunub ki, mükafatlar əsasən gürcü cəmiyyətində, mərkəzi mediada və beynəlxalq platformalarda Gürcüstan azərbaycanlılarını layiqincə təmsil edən, ictimai fəallığı ilə seçilən şəxslərə təqdim edilib. Azər Məmmədov bildirib ki, bu təşəbbüsün əsas məqsədi icma üzvləri arasında aktivliyi təşviq etmək, gəncləri və ziyalıları ictimai, mədəni və peşəkar fəaliyyətə həvəsləndirməkdir.

Çıxış edənlər bu cür nominasiyaların Gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyasında, eyni zamanda milli-mənəvi dəyərlərin təbliğində mühüm stimul rolunu oynadığını vurğulayıblar. Qonaqlar həmçinin 2018-ci ildən fəaliyyət göstərən 24News.ge xəbər portalının və 24News TV internet televiziyasının bölgədə geniş oxucu və tamaşaçı auditoriyasına malik olduğunu, müxtəlif sahələr üzrə ardıcıl və təqdirəlayiq fəaliyyət göstərdiyini qeyd ediblər. Sonda on nominasiya üzrə il ərzində öz fəaliyyəti ilə fərqlənən Gürcüstan azərbaycanlılarına mükafatlar təqdim olunub.

Nurlana Əhmədova – İlin xanım polis mayoru, Jalə Həsənova – İlin ən yüksək bal toplayan tələbəsi, Cəmilə Məmmədova – İlin rəqs müəlliməsi, Ramin Pirməmmədov – İlin tar ifaçısı, Esmira Ələkbərli – İlin aktiv müəllimi, Rezo Həsənov – İlin aktiv təşkilat rəhbəri, Məsim Şamilov – İlin ustad aşığı, Şaban Məmmədov – İlin solisti, Əhməd İsmayılov – İlin futbol müəllimi, Nabat Anazarova – İlin xalça ustası nominasiyaları üzrə mükafata layiq görülüblər.

Qeyd edək ki, bu cür təşəbbüslər Gürcüstanda yaşayan azərbaycanlı icmasının ictimai fəallığının artırılması, peşəkar nailiyyətlərin qiymətləndirilməsi və milli-mədəni dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər