Ukrayna rus xüsusi təyinatlılarını darmadağın etdi
Dərc olunub:
28-12-2025, 17:01
Ukrayna ordusu Donetsk vilayətinin Berdyansk yaşayış məntəqəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin komanda məntəqəsinə və xüsusi təyinatlıların toplanış mərkəzinə zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin PUA komandiri Robert Brovdi (Madyar) məlumat verib.
Məlumata görə, zərbələr nəticəsində 51 nəfər öldürülüb, 74 nəfər yaralanıb, xeyli sayda hərbçi isə itkin düşüb.
Ümumilikdə, Rusiya Baş Kəşfiyyat İdarəsinin 14-cü Xüsusi Təyinatlı Briqadasının 120-dən çox əsgəri zərərsizləşdirilib.
