Rusiya 403 min nəfəri ordu sıralarına cəlb edib

Rusiya 403 min nəfəri ordu sıralarına cəlb edibRusiya 2025-ci il üçün müəyyən etdiyi səfərbərlik planını artıqlaması ilə yerinə yetirəcək. Artıq dekabrın əvvəlində ruslar 403 min nəfəri ordu sıralarına cəlb ediblər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun əsas kadr mənbəyi müqaviləli hərbçilərdir. Bununla belə, o qeyd edib ki, Moskva şəxsi heyətin cəlb olunması prosesində çətinliklərlə üzləşir:

“Buna görə də onlar vaxtaşırı birdəfəlik ödənişlərin məbləğini artırırlar: bu göstərici regiondan asılı olaraq dəyişir, lakin kifayət qədər böyük məbləğlərdir. Beləliklə, insanları orduya cəlb edirlər”.

Baş Kəşfiyyat İdarəsinin rəhbəri əlavə edib ki, ruslar 2026-cı ildə orduya 409 min insanı cəlb etməyi planlaşdırırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər