"Ukraynada 800 minlik ordunu bütün Avropa maliyyələşdirməlidir"

Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin 800 min nəfərlik tərkibdə saxlanılması bütün Avropa tərəfindən maliyyələşdirilməlidir.

O, bu fikri "Novini.LIVE"a müsahibəsində səsləndirib.

Podolyakın sözlərinə görə, əsas məsələ təkcə ordunun sayında deyil, bu qədər böyük hərbi qüvvənin maliyyələşdirilməsinin kim tərəfindən həyata keçiriləcəyindədir:

“Bu, çox böyük maliyyə həcmi deməkdir. Genişmiqyaslı müharibədən əvvəl biz ordunun sayını 250–300 min nəfərə çatdırırdıq”.

O əlavə edib ki, paralel olaraq pilotsuz uçuş aparatları və raketlərin, xüsusilə də kiçik və orta mənzilli raketlərin kütləvi istehsalı inkişaf etdirilməlidir.

Müşavir bildirib ki, 800 min nəfərlik ordu peşəkar əsasda formalaşdırılmalı, hərbçilər müqavilə bağlayaraq “kifayət qədər yaxşı maaş” qarşılığında xidmət etməlidirlər.

"Ukrayna ordusu tam şəkildə şərti “ümumavropa silahlı qüvvələri”nə inteqrasiya olunmalıdır", - Podolyak əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər