TDT-na üzv ölkələrin QHT Platforması Qazaxıstan QHT-ləri ilə görüş keçirib

Yeni təsis olunan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması ilk görüşünü Qazaxıstan QHT-ləri ilə keçirib. 2025-ci il dekabrın 24-də Qazaxıstan QHT-ləri ilə onlayn formatda “Dostluq və Dialoq Platforması” adlı beynəlxalq müzakirə sessiyası keçirilib.

TDT-na üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov bildirib ki, bu təsisat 2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində təsis olunub. 8 müxtəlif dövlətdən təmsilçiləri türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir. Baş katib Platformanın əsas məqsədi türk dünyasının güclənməsi üçün ümumi işə kömək edən proseslərə vətəndaş cəmiyyətinin daha səmərəli təkan verməsinə nail olmaqdır. Bu məqsədlə ikitərəfli tanışlıq görüşləri də olduqca faydalıdır.

TDT-na üzv ölkələrin QHT Platformasının təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycan Milli QHT Forumu və Qazaxıstanın Almatı Vətəndaş Alyansı əsas tərəfdaşlar olub.
Almatı Vətəndaş Alyansının sədri, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi yanında QHT-lərlə qarşılıqlı fəaliyyət üzrə Koordinasiya Şurasının üzvü Kayırjan Abdyxalıqovun və Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən müzakirələrdə hər iki tərəfdən 20-yə yaxın QHT rəhbəri və ekspert iştirak edib.

Müzakirələrdə müxtəlif təkliflər səsləndirilib, tərəflər birgə təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndiriblər.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək. Bu, son vaxtlar Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər