SEPAH Fars körfəzində neft tankerini ələ keçirdi
Dərc olunub:
Bu gün, 14:21
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzində 4 min ton neft daşıyan tankeri ələ keçirib.
Bu haqda İran mediası məlumat yayıb.
Rəsmi məlumatda tankerin qaçaq yanacaq daşıdığı üçün ələ keçirildiyi bildirilib.
Məlumata görə, tankerin 16 əcnəbi heyət üzvü saxlanılıb.
Tankerin hansı ölkəyə məxsus olduğu və saxlanılanların kimliyi barədə açıqlama verilməyib.
