“Zəngəzur dəhlizinin açılması bölgəyə sülh və sabitlik gətirəcək”

“Zəngəzur dəhlizinin açılması bölgəyə sülh və sabitlik gətirəcək”“Azərbaycanla Türkiyə arasında siyasi münasibətlər olmadığı qədər mükəmməldir. “Bir millət, iki dövlət” şüarına uyğun şəkildə hər keçən gün münasibətlərimiz inkişaf edir. Həmçinin, siyasi müstəqilliklə yanaşı, iqtisadi müstəqillik – heç bir dövlətdən iqtisadi asılılıq olmaması üçün iki qardaş ölkə olaraq yorulmadan çalışırıq”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Suveren Azərbaycan – Biznesdə yeni cığır” mövzusunda keçirilən konfransda deyib.

Qarabağın iqtisadi dirçəlişinə toxunan diplomat Zəngəzur dəhlizinin açılması ehtimalını da yüksək qiymətləndirib:

“TRIPP marşrutunun inşası istiqamətində Türkiyə olaraq biz də yolun Qarsdan başlayıb Naxçıvana qədər olan hissəsinin tikintisinə başlamışıq. Azərbaycan da dəhlizin Ermənistanla sərhədə qədər olan hissəsinin inşasını sürətlə davam etdirir. Zəngəzur dəhlizinin açılması hər bir müvafiq ölkənin iqtisadi inkişafına töhfə verəcək. Bu yol həm də Orta Dəhliz layihəsinin irəliləməsi deməkdir. Proses bölgəyə sülh və sabitlik gətirəcək, insanların rifahına müsbət təsir göstərəcək”./Oxu.Az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər