Harri Kasparov barəsində həbs qərarı verildi

Harri Kasparov barəsində həbs qərarı verildiRusiyada tanınmış şahmatçı Harri Kasparov barəsində “terrorizmə haqq qazandırmaq” ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, müvafiq qərar Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Məhkəmənin məlumatına görə, istintaq orqanları dekabrın 22-də Kasparovun qiyabi həbs olunması ilə bağlı vəsatət təqdim edib. Hazırda Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Harri Kasparova qarşı rəsmi ittiham irəli sürülüb.

Kasparov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi — informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Qeyd edək ki, Harri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır və Kremlin siyasətinə qarşı sərt tənqidləri ilə tanınır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər