"İsrail və İran sürətli şəkildə yeni müharibəyə hazırlaşırlar"

İranın ballistik raketlərin kütləvi istehsalı və dronların sayını artırması, havadan müdafiə sistemlərini yenidən qurması İsraili preventiv addımlar atmağa məcbur edə bilər.

Həmçinin İran öz hərbi hava qüvvələrinin parkını yeniləyib, yeni qırıcı alırlar. Çin və Rusiya İrana hərbi lojistika imkanlarını genişləndirir.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, İranın strateji planı Yaxın Şərqdə yenidən geosiyasi mövqelərini möhkəmləndirmək və ABŞ-la danışıqlara getməməkdir. İsrail bunu özünün varlığı üçün təhlükə bildiyi üçün İrana qarşı növbəti hərbi kampaniyaya ABŞ qoşmağa çalışır:

"Müharibə başlayarsa, 12 günlük müharibədən daha da genişmiqyaslı və dağıdıcı ola bilər. Xüsusilə, İsrailin kiçik ərazisi İranın kütləvi raket hücumlarına məruz qalacaq. Həmçinin İran İsrailə öz ərazilərindən müqavimət göstərəcək. İsrail təkbaşına İrana hücumu ağır nəticələrə səbəb olar. Amma, ABŞ müdaxilə edəcəksə, İran hakimiyyətinin taleyi sual altında ola bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər