Rusiyada generalın maşını partladıldı - FOTO
Dərc olunub:
22-12-2025, 10:43
Moskvada avtomobil əldəqayırma partlayıcı qurğu ilə partladılıb.
Rusiya mediası xəbər verir ki, ilkin məlumata görə, maşın Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova aid olub. Belə ki, general avtomobildə olarkən partlayış baş verib.
Qeyd olunur ki, hücumda 56 yaşlı general yanıq xəsarətləri alıb. Fakt araşdırılır.
