Nazir Böyük Handa həkimlərlə bir araya gəldi

Kuzey Kıbrıs Türk Cümhuriyyəti Səhiyyə naziri Dr. Hakan Dinçyürek, Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasında Parkinson xəstələrinə tətbiq olunan beyin pili əməliyyatlarından sonra sağlamlıqlarına qovuşan xəstələr və əməliyyatları həyata keçirən həkimlərlə Lefkoşadakı Böyük Handa təşkil olunan sosial tədbirdə bir araya gəldi.

20-dən çox xəstədə üz güldürən nəticələr əldə etmişik”

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, nazir Dinçyürek son 18 ay ərzində tətbiq olunan beyin pili müalicələri çərçivəsində 20-dən çox xəstənin, xüsusilə Parkinson xəstələrinin mühüm irəliləyişlər əldə etdiyini bildirib. Əldə olunan nəticələrin olduqca sevindirici olduğunu vurğulayan Dinçyürek, bu məmnuniyyətin həm xəstələr, həm də onların yaxınları tərəfindən açıq şəkildə ifadə edildiyini deyib.

Elm və texnologiyadakı inkişafların səhiyyə sahəsində yeni imkanlar yaratdığını qeyd edən Dinçyürek, müasir və qabaqcıl müalicə üsullarının Kiprdə, öz səhiyyə müəssisələrində tətbiq edilməsini hədəflədiklərini söyləyib.

“Hər xəstəyə tətbiq olunmur, dəqiq deçim prosesi var”

Beyin pili əməliyyatlarının hər xəstəyə tətbiq edilmədiyini bildirən Dinçyürek, əməliyyatdan öncə ətraflı müayinə, mərhələləndirmə və qiymətləndirmə proseslərinin aparıldığını, diqqətlə seçilən xəstələrdə isə son dərəcə uğurlu nəticələr əldə edildiyini vurğulayıb.

Nazir, bütün səhiyyə heyətinə təşəkkür edərək xəstələrə keçmiş olsun arzularını çatdırıb.

Op. Dr. Ozankaya: “Uğurun açarı doğru xəstə seçimidir

Beyin cərrahı Op. Dr. Çağın Ozankaya, neyromodulyasiya əməliyyatlarının beyin pili, ağrı pili və epilepsiya pili tətbiqlərini əhatə etdiyini bildirib və bu əməliyyatların uğurunun düzgün xəstə seçimi ilə birbaşa əlaqəli olduğunu deyib.

Ozankaya, Dr. Burhan Nalbantoğlu Xəstəxanasında beyin cərrahiyyəsi, nevrologiya, psixiatriya, fiziki müalicə, fizioterapiya və psixologiya sahələrindən ibarət multidissiplinar komanda ilə çalışdıqlarını və uğurlu nəticələrin bu yanaşmanın məhsulu olduğunu vurğulayıb.

Prof. Dr. Uçar: “Texnologiyanın ən sıx istifadə olunduğu əməliyyatlardandır”

Beyin və Sinir Cərrahiyyəsi mütəxəssisi Prof. Dr. Tanju Uçar, beyin pili əməliyyatlarının bu gün beyin cərrahiyyəsində texnologiyanın ən intensiv istifadə edildiyi əməliyyatlar sırasında yer aldığını bildirib.

Bu əməliyyatların dünyada və Türkiyədə yalnız məhdud sayda mərkəzdə həyata keçirildiyini qeyd edən Uçar, bu tətbiqi Kiprdə başlatmaq və daha da inkişaf etdirməkdə öncü olmağı hədəflədiklərini deyib.

Mütəxəssislər: “Həyat keyfiyyəti aydın çəkildə artır”

Psixiatriya mütəxəssisi Dr. Burak Akdöner, beyin pili tətbiq olunan xəstələrdə hərəkət nəzarəti, həyat keyfiyyəti və psixoloji vəziyyətdə nəzərəçarpacaq dərəcədə yaxşılaşmalar müşahidə edildiyini bildirib.

Nevrologiya mütəxəssisi Dr. Ferda Selçuk Muhtaroğlu isə xəstələrin yaş, xəstəliyin müddəti və dərmanlara bağlı yan təsirlər baxımından ətraflı qiymətləndirildiyini, əməliyyatdan öncə komissiya qərarı ilə ən uyğun xəstələrin seçildiyini qeyd edib.

Xəstələrdən təşəkkür: “Həyatımız müsbət nənada dəyişdi”

Tədbirdə iştirak edən Parkinson xəstələri, beyin pili əməliyyatlarından sonra gündəlik həyat fəaliyyətlərini daha rahat həyata keçirdiklərini, hərəkət qabiliyyətlərinin artdığını və sosial həyata daha fəal şəkildə qoşulduqlarını bildiriblər.

Xəstələr göstərilən müalicədən məmnun qaldıqlarını ifadə edərək Səhiyyə Nazirliyinə və tibb heyətinə təşəkkürlərini çatdırıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər