İran İsrail kəşfiyatına işləyən tələbəni edam etdi

İran İsrailin kəşfiyyat xidməti “Mossad” və İsrail ordusu ilə əməkdaşlıqda ittiham olunan Şahrud Universitetinin memarlıq fakültəsinin tələbəsi Aqil Keşavarzın edam edildiyini açıqlayıb.

Modern.az ISNA-ya istinadən xəbər verir ki, o, İsrail ilə kəşfiyyat əməkdaşlığında, həmçinin hərbi və təhlükəsizlik obyektlərinin fotoşəkillərinin çəkilərək ötürülməsində ittiham olunub.

Məlumata görə, Aqil Keşavarzın ailəsi onunla sonuncu dəfə ötən gün Urmiya Mərkəzi Həbsxanasında görüşüb.

Bildirilib ki, o, iyun ayında İsraillə İran arasında baş vermiş 12 günlük müharibə zamanı saxlanılıb. İslam Respublikasının məhkəmə sistemi tərəfindən “İsrailə casusluq” ittihamı ilə mühakimə olunan Aqil Keşavarz barəsində edam hökmü çıxarılıb və hökm icra edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər