Dərc olunub:
20-12-2025, 05:26
Bölmə: Video
Rusiyanın Moskva vilayətinin Leninski dairəsində pansionatlardan birində 30 nəfər zəhərlənib, bir nəfər isə ölüb.
Bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin orta ağır və ağır olduğu bildirilib.
Zəhərlənmə ilə əlaqədar ətraflı məlumat verilməyib.