"Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var"

"Ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması üçün bütün Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var".

APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

Əhməd İsmayılov bildirib ki, media subyektləri öz peşəkar missiyasını layiqincə yerinə yetirdiyi təqdirdə türk dünyasının səsi beynəlxalq müstəvidə daha güclü eşidiləcək. Onun sözlərinə görə, dövlətlərin yerləşdiyi coğrafiyanın real mənzərəsini düzgün işıqlandırmaq və beynəlxalq ictimaiyyəti obyektiv informasiya ilə təmin etmək üçün jurnalistlərin peşəkarlığının və sayıqlığının artırılması vacibdir.

İcraçı direktor çıxışının sonunda forumda iştirak edən jurnalistlərə və media nümayəndələrinə bu istiqamətdə fəaliyyətlərində uğurlar arzulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər