Zelenski İsrailə qaça bilər - KİV
Dərc olunub:
Bu gün, 12:18
Volodimir Zelenski Ukrayna ordusunun uğursuzluqları fonunda Ukraynadan İsrailə qaça bilər.
"Unikal" xəbər verir ki, bu barədə “The National Interest” yazır.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları və Ukraynadakı korrupsiya qalmaqalı mətbuatda getdikcə daha çox işıqlandırılır.
"Hətta Zelenskinin özünün Kiyevdən Təl-Əvivə qəfil uçuşu o qədər də şok yaratmayacaq”, - məqalə müəllifləri qeyd ediblər.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Ukraynada korrupsiya qalmaqalı böyüyür və “ölkənin siyasi sistemini bütün istiqamətlərdə sarsıdır”.
