"Rusiya ilə NATO ölkələri arasında müharibə ehtimalı mövcuddur"
Bir neçə həftə əvvəl qeyd etdiyim kimi, Avropada Rusiya ilə NATO ölkələri arasında müharibə ehtimalı mövcuddur. Yeri gəlmişkən, Rusiya prezidenti mətbuatın suallarını cavablandırarkən bunu təsdiqləyib. Fikrimcə, 2021-ci ildə NATO-nun 1997-ci il sərhədlərinin bərpasını nəzərdə tutan ABŞ-Rusiya danışıqlarında
Rusiyanın ultimatumunun müzakirəsi davam edir.
Bunu Avrasiya.net-ə Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib
O, qeyd edib ki, 1997-ci ildən sonra NATO-ya daxil olan ölkələr Rusiyadan potensial təhlükə hiss edir və fərqli mövqe tuturlar. Diametral şəkildə əks mövqelərə misal olaraq müharibəyə hazırlaşmaq üçün silahlanmağı müdafiə edən Estoniya və Moskva ilə kompromis və razılaşmaya hazır olan Macarıstanı göstərmək olar:
"Bunu noyabrda açıqlanan ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası dolayısı ilə təsdiqləyir və digər məsələlərlə yanaşı, ABŞ-ın NATO-nu genişləndirməyi planlaşdırmadığını və təhlükəsizlik məsələlərinin Avropa ölkələri tərəfindən müstəqil şəkildə maliyyələşdirilməsini qeyd edir.
Ola bilsin ki, Avropa ölkələrinin təhlükəsizliyinə dair danışıqlar ABŞ-Rusiya danışıqlarının dörd paketindən biridir".
