Türkiyə 6 aya F-35-ləri əldə edə bilər: Afina təşvişdə!

ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın F-35 döyüş təyyarələrinin Türkiyəyə mümkün satışı ilə bağlı eyham vurması Yunanıstan və İsraili panikaya salıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, yunan mediası Barrakın bu açıqlamasının təşvişə səbəb olduğunu yazıb:

“Afina F-35 qırıcılarının 4-6 ay ərzində Türkiyəyə verilməsi ehtimalından narahatdır. Bu bəyanatlar reallaşarsa, xüsusən də ABŞ-dakı İsrail-Yunanıstan lobbisi üçün məğlubiyyət olar”.

İsrail mediası isə Barrakın sözügedən açıqlamasının reallaşma ehtimalının yüksək olduğunu bildirib:

“Bunun ən böyük sübutu Böyük Britaniya və Almaniyadan “Tayfun” (Eurofighter Typhoon) qırıcılarının alınması və Türkiyənin milli döyüş təyyarəsi olan KAAN-ın inkişafının davam etdirilməsidir”.

Qeyd edək ki, T.Barrak ABŞ və Türkiyə arasında zamanla bir çox bağlı məsələnin həllinin tapıldığını açıqlayıb. O eyni zamanda iki ölkə arasında F-35 danışıqları kimi məsələlərin 4-6 ay ərzində həll oluna biləcəyinə də işarə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər