Azərbaycanlı deputatın bibisi həbs edildi
Dərc olunub:
Bu gün, 15:44
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin bölgələrdə keçirdiyi əməliyyatlarda həbs olunan Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.
Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığını deyib.
Qeyd edək ki, ötən gün keçirilən əməliyyatlar zamanı korrupsiya ittihamı ilə 5 vəzifəli şəxsin həbs edildiyi bildirilir.
