ABŞ-ın sülh planını təsdiqləməmişik - Umerov

ABŞ-a səfərim zamanı Prezident Donald Trampın sülh planını müzakirə etdik.

Bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov deyib.

Umerov bildirib ki, Ukrayna hələlik plana razılıq verməyib və hazırda danışıqlar aparılır:

“ABŞ-a işgüzar səfərim zamanı mənim vəzifəm texniki idi: görüşlər təşkil etmək və dialoq hazırlamaq. Heç bir qiymətləndirmə və ya heç bir məqam təsdiqlənməyib. Bu mənim səlahiyyətlərimə aid deyil və prosedur qaydalarına uyğun deyil. Dünən Ukrayna prezidenti Trampın səlahiyyət verdiyi Amerika nümayəndə heyəti ilə söhbət edib. Bu gün bu iş Kiyevdə komandalar arasında texniki səviyyədə davam edir. Tərəfdaşlarımızın bütün təkliflərini diqqətlə öyrənirik və Ukraynanın mövqeyinə də eyni dərəcədə ədalətli yanaşma gözləyirik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər