Rauf Denktaşın Azərbaycanla bağlı vəsiyyəti yerinə yetirildiyi - VİDEO

Serdar Denktaş: İşğaldan azad edilmiş Şuşadan götürülən torpaq daima KKTC-nin Qurucu Cümhurbaşqanın qəbri başında olacaq

Azərbaycandakı Kıbrıs Evinin qurucusu, iş adamı Ruslan Quliyev, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın vəsiyyətini illər sonra yerinə yetirib. Sağlığında onu ziyarət etdikləri zaman Rauf Denktaşın onlardan “Qarabağın işğal altındakı torpaqlarının işğaldan azad edilməsi müjdəsini gətirmələrini” istədiyini, lakin Qarabağın azad olunmasını görməyə ömrünün yetmədiyini deyən R.Quliyev, Qarabağ torpağını onun məzarına çatdırılması üçün MYK Haber komandası vasitəsilə oğlu Sərdar Denktaşa göndərib.

Bu barədə BAYRAQDAR MEDİA-ya qardaş ölkənin MYKibris.com xəbər portalının rəhbəri Ramazan Çelikel məlumat verib.

Xatırladaq ki, MYK Haber komandası Bakıda Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda və digər bayram tədbirlərində iştirak edərək, bu böyük qüruru Azərbaycan xalqı ilə birgə yaşayıblar.

Səfər çərçivəsində MYK Haber komandasını Bakıda yerləşən Kıbrıs Evində qonaq edən Ruslan Quliyev, Rauf Raif Denktaşı ehtiramla yad edərək, Qarabağ torpağı göndərməsinə səbəb olan həmin tarixi xatirəni belə danışıb:“KKTC-yə hər səfərimizdə mərhum Denktaşı da ziyarət edirdik. Son görüşümüzdə ona “Növbəti gəlişimizdə nə gətirək?” deyə soruşduq. O isə “Qarabağı işğaldan azad etdik” müjdəsini gətirin, mənim üçün bu kifayətdir”, – dedi. Allah rəhmət eləsin, gələcəyi görən bir insan idi, amma Qarabağın azadlığını görə bilmədi. O torpaqlara getmək arzusu ilə bu dünyadan köçdü. Biz də Azərbaycanın Qarabağ bölgəsinə aid olan bu torpağı rəmzi olaraq sizə təqdim edirik ki, Serdar bəyə çatdırasınız və o da Denktaşın məzarının üstünə səpsin. Ruhu şad olsun.”

Ramazan Çelikel deyib ki, MYK Haber komandası Ruslan Quliyevin onlara təqdim etdiyi, Qarabağın Şuşa bölgəsindən gətirilmiş torpağı Rauf Raif Denktaşın abidə məzarında oğlu Sərdar Denktaşa təslim edib. Azərbaycan bayrağına bükülü şəkildə torpağı təhvil alan Serdar Denktaş, bunun üçün Ruslan Quliyevə təşəkkürünü çatdırılmasını xahiş edərək, “Bu torpaq daim onun başucunda olacaq”, – deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər