Türk Dövlətləri Təşkilatının inkişafı və Azərbaycanın rolu
![]()
1991-ci ildə SSRİ-nin dağılması ilə birlikdə türk xalqları azadlığına qovuşdu, Beləliklə Türk Dövlətlər Təşkilatının ilk Görüşü 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirildi. Zirvədə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Respublikalarının Prezidentləri iştirak etdi.
Zirvənin sonunda Ankara Bəyannaməsi imzalandı. Türk dövlətləri arasında gömrük qanunvericiliyinin uyğunlaşdırılması və insanların, malların və xidmətlərin sərbəst hərəkətinə imkan verən azad ticarət sisteminin yaradılması, birgə investisiya və inkişaf bankının qurulması, dəmir yolu, avtomobil və hava əlaqələrinin və telekommunikasiya vasitələrinin inkişaf etdirilməsi, Türk dövlətlərinin təbii sərvətlərinin Türkiyə vasitəsilə Avropaya daşınması, dünya iqtisadiyyatına inteqrasiya üçün iqtisadi koordinasiya və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi kimi məsələlərdə işbirliyi edildi.
Qardaş ölkə Türkiyə ev sahibliyi edərək TDT-nin inkişaf etməsini dəstəklədi. Təşkilat 1994-cü ildə İstanbul bəyənnaməsi, 1995-ci ildə Bişkek Bəyannaməsi, 1996-ci ildə Daşkənt Bəyannaməsi-Daimi Katibliyin yaradılması qərarı, 1998-ci ildə Astana bəyannaməsi-Daimi Katibliyin Əsasnaməsi, 2000-ci ildə Bakı Bəyannaməsi-Daimi Katibliyin Türkiyədə yaradılması qərarı, 2001-ci ildə İstanbul Bəyannaməsi-Türk Parlament Assambleyasının yaradılmasını təklifi, 2009-cu ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına dair Naxçıvan Sazişi imzalanması. Bu addımlar nəticəsində yeni əməkdaşlıqlar edildi, TDT yüksəlişə başladı.
2009-cu ildə imzalanıb, 2010 cu ildə Istanbulda keçirilən görüşdə təsdiqlənən naxçıvan müqaviləsi ilə TDT rəsmi quruluşuyla böyük bir təşkilata çevrilmiş, Naxçıvan Sazişi ilə yaradılması qərara alınan, Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli İşçilər Komitəsi, Ağsaqqallar Nümayəndəliyi və Katibliyin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılmışdır. Son illərdə isə keçirilən görüşlər TDT-nin beynəlxalq arenada gücünün sürətlə artdığını göstərir. Qəbələdə keçirilən son Zirvə görüşündə ölkəmiz Türk Dövlətləri Təşkilatının Katibliyinin fəaliyyətinə dəstək üçün 2 milyon ABŞ dolları ayırdı.
TDT siyasi, iqtisadi və təhlükəsizlik sahələrdə yeni mərhələyə giriş etdi. Azərbaycanda qəbul edilən “Qəbələ Bəyannaməsi” Türk Dövlətləri arasında əməkdaşlığın yeni mərhələsini başlatdı. TDT-də Azərbaycanın fəaliyyəti, türk dövlətləri arasında əməkdaşlıq sahələrinin inkişafına dəstəkdir. Həmçinin Azərbaycan TDT-də diplomatik əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizliyin təşkili və Türk dövlətləri arasında siyasi əməkdaşlığın artırılmasında əsas rol oynayır. İndiki zamanlarda isə TDT yalnızca bir təşkilat deyil, həm də Turanın diplomatik simasıdır
Cavid Vəkilov
Son xəbərlər
