"İranın iddiaları sadəcə ritorikasndadır"

"İranın iddiaları sadəcə ritorikasndadır"İranın xarici işlər naziri Abbas Arakçı beynəlxalq konfransda deyib ki, biz heç vaxt nüvə texnologiyalarının inkişafı və uranın zənginləşdirilməsi hüququmuzdan imtina etməyəcəyik. İndi biz 12 günlük müharibə dövründən daha güclüyük. XİN rəhbəri əlavə edib ki, ABŞ ilə İsrailin İranın nüvə proqramını məhv etmək cəhdləri uğursuz olub. İran bir tərəfdən ABŞ la danışıqlara hazır olduğunu bəyan edir. Digər tərəfdən nüvə texnologiyalarının inkişafı və uranın zənginləşdirilməsidən əl çəkməyəcəyini deyir.

Bu sulla politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoliq bildirdi ki, İran-İsrail münaqişəsi zamanı İranın kəşfiyyat  və hava hücumundan müdafiə sahəsində nə qədər zəif olduğu özünü qabarıq şəkildə göstərdi. İran uzun illərdir ki, özü haqqında toxunulmazlıq obrazı yaratmışdı  Lakin 12 günlük münaqişə zəminində bu zireh onun əynindən çıxarıldı. İran 46 ildir ki, sanksiyalar altlnda fəaliyyət göstərir. Sözsüz ki, İranın iddiaları sadəcə ritorikasndadır. Reallıqda isə İranın hərbi-müdafiə təchizatı iddia edilən kimi deyil. Artıq dünya bilir ki, İran uranı dinc məqsədlər üçün zənginləşdirmir. Çünki İsrailin hücumundan bir müddət əvvəl MAQATE İran labaratoriyalarında 83.1%-ə qədər zənginləşdirilmiş uran zərrəciklərinin tapılması haqqında BMT-yə məlumat vermişdi.

Halbuki sənaye məqsədli zənginləşdirilmiş uranın faiz göstəricisi 3.67% olmalıdır. Mövcud durum rəsmi Tehranın öz siyasətində blef etdiyni göstərir. Sözsüz ki, İsrail kəşfiyyatı prosesi ciddi şəkildə izləyir və ən adı dəyişikliklərdən anındaca xəbər tutur. Əgər İranın boş qazan effektinə əsaslanan siyasəti eyni templə davam edəcəksə dünya 2-ci İsrail-İran münaqişəsinin şahidi olacaqdır. Vəziyyətin kritik mərhələsində ABŞ-ın müttəfiqini tək qoyacağı düşüncəsi isə İranın növbəti böyük səhvi olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər