"Rusiyanın işğalçılıq siyasəti gec-tez özünün fəlakətinə çevriləcək"

İnternet resurslarında yayılmış bir xəbər diqqətimi cəlb etdi. Bu vaxta Rusiya Ukrayna ilə müharibədə 1 153 180 hərbçi itirib. Hələ hərbi texnikalara, silahları toxunmuruq. Yalnız canlı insan itkisi 1 milyondan artıqdır, Ukraynanın 20 faizinin işğalı nəticəsində xeyli sayda şəhərlər, qəsəbələr yer üzündən silinib. Hətta Donestk vilayətinin Pakrovski şəhərində medianın yazdığına görə, rusların itkiləri 100 mindən çoxdur.

Bunu Avrasiya.net-ə siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

"Görünən odur ki, bu ölkə son gücünü itirənə qədər müharibəni davam etdirmək istəyir. Bu işğalçı müharibədə Rusiya silahlı qüvvələri Ukraynanın yaşayış məntəqələrini, xəstəxanaları, uşaq baxçalarını amansızcasına bombalayaraq öz qardaş xalqını, ukraynalıları evlərindən didərgin salıb, sakit həyatlarına son qoyub. İnsanlıq əleyhinə törədilmiş belə cinayətlərinin cəzasız qalacağı mümkünsüzdür" - o, deyib.

Ekspertin fikrincə, müşahidilərimiz təsdiqləyir ki, dinc insanlara qarşı törədilmiş qətllər cəzasız qalmır:

"Rusiyanın işğalçılıq siyasəti gec-tez özünün fəlakətinə çevriləcək. Əsgərləri ət maşınından keçirməklə davamlı qalibiyyət qazanmaq çətin məsələdir. Ukrayna bataqlığından bu ölkənin çıxacağı da inandırıcı deyil. Amma o inandırıcıdır ki, dünyanın siyasi xəritəsinin dəyişməsi, ən yaxşı halda Rusiyanın tamamilə taqətdən düşmüş vəziyyətdə qalması mümkün variantlardan biri ola bilər. Görün, dağıdıcı imperiya iddiaları Rusiyanı hansı vəziyyətə gətirib?

Şimal qonşumuzun daha bir fəlakəti ondan ibarət oldu ki, iki slavyan xalq arasında əbədi düşmənçiliyə zəmin yaradıb. Müharibə gec-tez bitəcək. Xalqlar arasında düşmənçilik, kin isə uzun illər davam edəcək. İki qardaş xalq arasında əbədi düşmənçilik Rusiyanın uzun illər bərpa edə bilməyəcəyi məğlubiyyətdir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər