"Təyyarə xarici müdaxilə nəticəsində qəzaya uğraya bilər"
Dərc olunub:
12-11-2025, 11:55
"Gürcüstanda türk təyyarəsinin qəzaya uğraması xarici müdaxilə nəticəsində ola bilər".
Bu barədə "Türkiye" qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, təyyarə Gəncədən havaya qalxıb və Gürcüstan sərhədini keçdikdən 5 km sonra qəzaya uğrayıb.
"Təyyarənin havada parçalanması mümkün xarici təsir və bortda olan sursatların partlaması ilə bağlı fərziyyələri artırır. Texniki qruplar hadisə yerində araşdırmaya başlayıb", - KİV yazıb.
Xatırladaq ki, ötən gün Azərbaycandan Türkiyəyə havaya qalxan hərbi yük təyyarəsinin qəzaya uğrayıb. Hadisə nəticəsində 20 hərbçi həlak olub.
Son xəbərlər
