Müharibəni Putin başlayıb?

Müharibəni Putin başlayıb?Rusiyanın Ukraynada başladığı müharibənin təşəbbüskarı kimi Putinin təqdim edilməsi, əlbəttə ki, müəyyən mənada həqiqətə uyğundur. Ancaq, bu yanaşma tam şəkildə - yəni yalnız Putinin şəxsi təşəbbüsü ilə həyata keçirilməsi mümkünsüzdür.

Rusiyanın Ukraynaya müharibəyə başlamasının əsas bir neçə səbəbi var.

Əvvəla, Rusiyanın Ukraynada müharibəyə başlaması üçün kollektiv Qərb tərəfindən təhrik edilməsi faktı ortadadır. NATO-nun Rusiya sərhədlərinə qədər genişlənmə siyasəti, Qərb demokratiya modelinin təbliği – məcburi yeridilməsi, dövlətlərin konkret seçim qarşısında qoyulması (Avrointeqrasiya, yaxud Rusiya ilə münasibətlər) və Rusiyanın zəiflədilməsi siyasəti Rusiyanı Ukrayna müharibəsinə təhrik edən səbəblərdəndir.

İkincisi və ən əsası, Rusiyanın bu cür təcavüzkar və imperialist siyasəti Rusiya dövlətçiliyinin tarixi mahiyyətindən və ideoloji təməlindən irəli gəlir. Bu, rus xalqının və dövlətinin dərin köklü imperial düşüncəsinə söykənir. Yəni bu təfəkkür təkcə hakimiyyətin deyil, bütövlükdə rus cəmiyyətinin tarixi və siyasi psixologiyasına məxsusdur. Rusiyanın bu gün Ukraynada apardığı müharibə, əslində, XVIII əsrdə I Pyotr dövründə başlanan ekspansionist siyasətin davamıdır. Tarix yenilənir, amma rus imperializminin təfəkkür kodu dəyişmir.

Rusiyanın təcavüzkar siyasətinin kökündə dövlətin özünü “xilaskar sivilizasiya” kimi təqdim etməsi dayanır. Bu, həm pravoslav ideologiyasının, həm də “rus dünyası” anlayışının içində gizlənən genişlənmə kompleksidir.

Üçüncü faktor, əlbəttə ki, prezident Vladimir Putinin şəxsiyyətidir. Putinin Ukrayna müharibəsi təkcə siyasi qərar deyil, həm də şəxsi eqosunun nəticəsidir. Putin SSRİ-nin dağılmasını şəxsi faciəsi hesab etdiyini dəfələrlə dilə gətirib və SSRİ formatında “Böyük Rusiya”nı bərpa etməyi özünə tarixi missiya bilir. Putin üçün bu müharibə təkcə ərazi hədəfi deyil, tarixi nüfuzu bərpa etmək cəhdidir. Ona görə də Putin məntiqli rasional siyasət yox, şəxsi eqo və ambisiyaların girovuna düşüb.

Kollektiv Qərbin reaksiyası da paradoksaldır. Qərb, Putini və mövcud hakimiyyəti cəzalandırmaqla problemi bitmiş hesab edirl, halbuki Rusiya cəmiyyətində imperializm hələ də legitim ideya kimi qəbul olunur. Əgər bu ideoloji xətt qırılmasa, Ukrayna son hərb meydahı olmayacaq. Rusiya imperiya təfəkkürünü təzələdikcə, yeni münaqişələrin coğrafiyası da genişlənəcək.

İndiki müharibəni də Putinin rəhbərliyi ilə məhz rus xalqı aparır. Rusiyanın Ukrayna da daxil olmaqla bütün müharibələrinin nəticələrinə görə ancaq hakimiyyət və siyasi sistem dəyişiklikləri ilə məsuliyyətdən yayınırsa, bu nəticə siyasi quruluşundan asılı olmayaraq Rusiyanın ekspansionist mahiyyətini dəyişməyəcək. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiyanın apardığı təcavüzkar müharibələrə görə məhz rus xalqı özü məsuliyyət daşıyır və əsas şərt də rus xalqının məsuliyyətinə görə ağırlığın onun üzərinə qoyulmasıdır.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər