«Аzərbaycan Evləri - Milli Birliyin Yeni Ünvanı”
Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində xaricdə fəaliyyət göstərən “Azərbaycan Evləri” layihəsinin təqdimatı keçirilib.
Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzi idarə heyətinin sədri, Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov sosial səhifəsində paylaşıb.
O, qeyd edib ki, bu təşəbbüs xaricdə yaşayan soydaşlarımızın elmi, intellektual və yaradıcılıq potensialını bir araya gətirərək, mədəni və ictimai əlaqələrin möhkəmləndirilməsinə, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir.
Forum zamanı “Azərbaycan Evləri” konsepsiyasına yeni baxış istiqamətləri, gələcək hədəflər və səmərəli əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Təqdimat zamanı bu evlərin dilimizin, mədəniyyətimizin və milli kimliyimizin qorunması istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində, həmçinin, xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün nəzərdə tutulan “Milli Dilli” onlayn tədris layihəsi də təqdim olunub.
"Mən Özbəkistanda RAzMMM idarə heyətinin sədiri olaraq hesab edirik ki, “Azərbaycan Evi” konsepsiyası təkcə Avropa və Amerikada deyil, həm də Orta Asiyada və Rusiyada geniş şəkildə həyata keçirilməlidir.
Diaspor təşkilatları arasında bölünməyə deyil, birliyə, rəqabətə deyil, dəstəyə üstünlük verilməlidir.
Hər bir fəal azərbaycanlı icması və mədəniyyət mərkəzi ortaq məqsəd — milli həmrəylik və Vətənə xidmət naminə ruhlandırılmalı və dəstəklənməlidir" - o, deyib.![]()
Son xəbərlər
