Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı

Türkiyə hazırda hava qüvvələrini yeni texnologiyalarla gücləndirmək mərhələsindədir və “Tayfun”ların alınması gələcək 4–5 il ərzində yarana biləcək risk və təhdidlərə qarşı müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

“ABŞ-la aparılan danışıqlarda F-35 məsələsi tam həll olunmadı, F-16-ların modernləşməsi də istənilən səviyyədə həyata keçmədi. Bu şəraitdə Türkiyənin döyüş donanmasını müasir tələblərə uyğun yeniləməsi labüddür. Məhz buna görə “Tayfun” kimi təyyarələrin alınması hərbi baxımdan tam məntiqlidir.

Bu qərarın siyasi tərəfi də önəmlidir. Türkiyə bu addımı həm Avropa Birliyi ilə münasibətləri tarazlamaq, həm də Rusiya–Ukrayna müharibəsi və regional gərginliklər fonunda siyasi əməkdaşlığı gücləndirmək məqsədilə atdı”, - Karauz bildirib.

Generalın sözlərinə görə, Türkiyə üçün əsas təhlükə istiqamətləri arasında Yunanıstan, Suriya və Şərqi Aralıq dənizi dayanır, enerji təhlükəsizliyi baxımından isə bu alımlar güc balansına müsbət təsir göstərəcək:

“44 ədəd “Tayfun”un alınması Türkiyənin balans siyasətinin, Birləşmiş Krallıqla razılaşmanın və Qərb–Rusiya münasibətlərindəki strateji xəttin davamıdır. Bu, eyni zamanda S-400 məsələsindən sonra yaranmış etimad böhranını da yumşalda bilər. Çünki bu addım Rusiya siyasətinə qarşı yönəlməyib, tamamilə hərbi və siyasi zərurətdən doğur”.

Ekspert sonda əlavə edib ki, “Tayfun” təyyarələrinin Türkiyənin istehsal etdiyi sursat, radar və elektron sistemlərlə inteqrasiyası ölkəyə mühüm texnoloji üstünlüklər qazandıracaq və gələcəkdə əlavə hərbi ehtiyacları əhəmiyyətli dərəcədə azaldacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər