star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QHT Qərbi Azərbaycanla bağlı yeni layihənin icrasına başlayıb

Səməd Vəkilov Qərbi Azərbaycanla bağlı yeni layihənin icrasına başlayıb.

Avrasiya.net xəbər verir ki, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsinin icrasına başlayıb. Bu barədə QHT.az-a təşkilatın sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilov məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Qərbi Azərbaycandan məcburi köçürülərək Salyan rayonunda məskunlaşmış icmaların tarixi və mədəni irsinin araşdırılması, qorunması və ictimaiyyətə tanıdılmasıdır.
“Qərbi Azərbaycanın müxtəlif bölgələrindən deportasiya olunan və Salyanda məskunlaşan şəxslərin həyat hekayələrinin toplanması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına mühüm töhfədir. Bu icmaların qeyri-maddi mədəni irsinin öyrənilməsi və sənədləşdirilməsi milli kimliyin qorunması baxımından vacibdir” – deyə Səməd Vəkilov bildirib.

Layihə çərçivəsində deportasiya olunan icmalarla bağlı kitab hazırlanacaq. Eyni zamanda Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri, maddi və qeyri-maddi mədəni irsi, toponimlərin dəyişdirilməsi, dini və tarixi abidələrin dağıdılmasını əks etdirən 5 televiziya verilişi çəkiləcək.
Qeyd edək ki, layihənin icra müddəti 4 aydır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər