Nazirin intiharı əsl şokdur – Kremldən açıqlama
Dərc olunub:
8-07-2025, 15:34
Bu, şokdan başqa bir şey deyil.
Bunu Kremlin sözçüsü Dmitri Peskov intihar edən nəqliyyat naziri Roman Starovoyt haqqında danışarkən deyib.
“Bu, normal insanları şok etməyə bilməz”, - o bildirib.
Peskovun sözlərinə görə, keçmiş nəqliyyat nazirinin ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə dərhal məlumat verilib.
O qeyd edib ki, hazırda araşdırma aparılır və araşdırma bütün suallara cavab vermək üçün nəzərdə tutulub.
Xatyırladaq ki, Starovoytun meyiti vəzifədən çıxan gün tapılıb.