İran ABŞ-dən 12 milyard dollardan çox kompensasiya tələb edir

İran ABŞ-dən 12 milyard dollardan çox kompensasiya tələb edirİran Məhkəməsi ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar məbləğində kompensasiya ödəməsi haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) bağlı mənbə yayıb.

Məlumata əsasən, İran məhkəməsi sanksiya nəticəsində talassemiyadan əziyyət çəkən iranlı xəstələrə dəymiş fiziki və mənəvi ziyana görə ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar təzminat ödəməsinə qərar verib.

Xatırladaq ki, ötən ilin dekabrında İslam Respublikası məhkəməsi 2010-cu ildə ölkənin cənub-şərqindəki Çabahar liman şəhərində törədilən “terror hücumu” nəticəsində ölənlərin ailə üzvlərinə və yaralananlara ABŞ-nin 170 milyon dollar məbləğində kompensasiya ödəməsinə dair qərar qəbul etmişdi.

İranın “Mizan” saytı bildirib ki, həmin hadisə nəticəsində 39 nəfər ölüb, 70 nəfər yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər