Trampın adamları ilə görüşmüşük - Timoşenko təsdiqlədi

Trampın adamları ilə görüşmüşük - Timoşenko təsdiqlədiPrezident Zelenskinin açıqladığı kimi, Ukrayna Prezident Trampın güclü rəhbərliyi altında müharibəyə son qoymaq üçün danışıqlara hazırdır. Batkivşina komandası ədalətli sülhün mümkün qədər tez təmin olunmasına kömək etməyə qadir olan bütün müttəfiqlərlə danışıqlar aparır.

Bunu Ukraynanın keçmiş baş naziri, Batkivşina Partiyasının sədri Yuliya Timoşenko Trampın adamları ilə gizli görüş keçirməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Siyasətçi bildirib ki, hazırda Ukraynada hər hansı seçkinin keçirilməsindən söhbət belə gedə bilməz.

Ölkənin keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri Pyotr Poroşenko da məlum görüşdə iştirak etdiyini təsdiqləyib.

O, Ukraynaya ikipartiyalı dəstəyi saxlamaq üçün amerikalı tərəfdaşlarla açıq və şəffaf işlədiyini bildirib.

Poroşenko da partiyasının müharibə vaxtı ölkədə seçkilərin keçirilməsinə qarşı çıxdığını deyib.

Qeyd edək ki, “Politiko” nəşri ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin yüksək vəzifəli şəxslərinin Ukrayna Prezidenti Vladimir Zelenskinin opponentləri ilə gizli danışıqlar apardığını, görüşdə Yuliya Timoşenko və Pyotr Poroşenkonun partiyasının nümayəndələrinin də iştirak etdiyini yazmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər