Millimizin sabiq futbolçusu Moskvada həbs edildi

Millimizin sabiq futbolçusu Moskvada həbs edildiAzərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada həbs olunub.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin külli miqdarda dələduzluq işində iştirak etməsi olub.

Bildirilib ki, A.Abatsiyev cinayətkarların 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.

Xatırladaq ki, sabiq futbolçu 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq oyununda (0:2) iştirak edərək Azərbaycan millisinin heyətində bir oyun keçirib. Klub səviyyəsində yarımmüdafiəçi Azərbaycanda "Sumqayıt" və "İnter" (red - indiki "Şamaxı") klublarında çıxış edib. Eləcə də Rusiya təmsiçiləri "SKA Rostov", "Olimp Ximki", "Mashuk-KMV" və "Armavir"də top qovub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər