İranda etirazçılara atəş açıldı: yaralılar var
Dərc olunub:
4-03-2025, 17:04
Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) şəhərində bir neçə aydır əmək haqlarının ödənilməməsinə etiraz olaraq aksiya keçirən bələdiyyə işçilərinə atəş açılıb.
Avrasiya.net Axar.az istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, məmurların atəşi nəticəsində Əmir Rəha, Maqsud Qurbanpur, İrəc Muradi və Vahid Nəvidi adlı işçilər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.