Prezident Məsud Pezeşkian istefa ərizəsi verdi

Prezident Məsud Pezeşkian istefa ərizəsi verdiİran mənbələri xəbər verir ki, ölkə prezidenti Məsud Pezeşkian istefa ərizəsini ölkənin ali dini lideri Əli Xameneiyə təqdim edib. Lakin Xamenei bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə “zəiflədəcək”.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Pezeşkianın istefa qərarı ölkədə maliyyə nazirinin işdən çıxarılması və vitse-prezidentin istefası ilə daha da kəskinləşən siyasi böhran fonunda baş verib. Bu hadisələr hökumət daxilində gərginliyi artırıb və ölkənin gələcək kursu ilə bağlı müzakirələrə səbəb olub.

Mənbələrin bildirdiyinə görə, Xamenei Pezeşkianın getməsinə icazə verməyəcəyini açıq şəkildə bildirib, çünki bu, rejimin sabitliyinə təhlükə yaradacaq.

Ali dini rəhbər hesab edir ki, İran daxili qeyri-sabitlik və xarici təzyiqlər qarşısında zəiflik nümayiş etdirə bilməz.

Pezeşkianın Xameneinin mövqeyini qəbul edib prezident vəzifəsini davam etdirəcəyi, yoxsa vəziyyətin İran hökuməti daxilində böhranı daha da dərinləşdirəcəyi indiki məqamda qeyri-müəyyən olaraq qalır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər