Ukrayna parlamenti Trampa rəsmi müraciət ünvanlayıb

Ukrayna parlamenti Trampa rəsmi müraciət ünvanlayıbUkrayna parlamentinin rəhbərliyi ABŞ prezidenti Donald Trampa, Konqresə və amerikalılara müraciət dərc edib.

APA xəbər verir ki, Ali Radanın saytında dərc olunan sənəddə ABŞ-nin Ukrayna tarixinin ən çətin dönəmində ona dəstək verməsi həlledici əhəmiyyət kəsb edir.

Ali Rada həmçinin Ukrayna xalqı adından ABŞ-yə ölkənin müstəqilliyini dəstəklədiyinə və hərbi yardım göstərdiyinə görə təşəkkür edir.

"Ukrayna böyük Amerika xalqının ABŞ-nin qlobal liderliyinin hərtərəfli bərpası ilə bağlı istəklərinə dərin hörmətlə yanaşır. Eyni zamanda, biz qəti şəkildə inanırıq ki, ABŞ-nin beynəlxalq aləmdə liderliyi azadlıq və demokratiya ideallarının qorunması, beynəlxalq müqavilələrə əməl olunması, müttəfiqlər və dostlarla münasibətlərdə etibarlılıq ilə qırılmaz şəkildə bağlıdır", - sənəddə deyilir.

Ali Rada vurğulayıb ki, Ukraynanın təhlükəsizliyi və sabit inkişafı ABŞ-nin dəstəyi ilə təmin edilir və bu, bu gün Ukrayna xalqı və ordusu, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi üçün həmişəkindən daha vacibdir.

Müraciətdə qeyd olunur ki, ukraynalılar Trampın şəxsi rolunun və onun səylərinin Ukrayna, Avropa və bütün dünya üçün hərbi əməliyyatların tez bir zamanda dayandırılmasında və sülhün əldə olunmasında həlledici olacağına inanırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər