PKK atəşkəs elan etdi
Dərc olunub:
1-03-2025, 11:17
PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.
Bu barədə NTV məlumat yayıb.
Açıqlamada terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına əməl ediləcəyi bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.