Daha bir ölkə Ukraynadan pullarını geri istəyir
Dərc olunub:
25-02-2025, 16:56
Ukrayna göstərilən yardım üçün Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.
Bunu Slovakiyanın Milli Şurasının vitse-spikeri Andrey Danko deyib.
"Bizim üçün 3,5 milyard avro böyük məbləğdir. Əgər almanlar, fransız və amerikalılarla birlikdə pullarının qaytarılmasını tələb etsələr, o zaman Slovakiya səssiz qala bilməz", - o bildirib.