Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür!
Dərc olunub:
25-02-2025, 07:03
Rusiya xarici tərəfdaşlarla, o cümlədən amerikalı partnyorlarla yeni regionlar (Ukraynanın işğal edilmiş əraziləri – red.) da daxil olmaqla, nadir torpaq elementlərinin işlənməsi sahəsində birgə fəaliyyətə hazırdır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin əlavə edib ki, nadir torpaq metalları və digər ehtiyatlar üzrə ABŞ-Ukrayna sazişi heç bir şəkildə Rusiyaya aid deyil: “Bu, bizim işimiz deyil”.
Rusiya prezidenti hesab edir ki, Kiyev və Vaşinqton arasında nadir torpaq metallarına dair razılaşmadan əvvəl ilk növbədə ehtiyatları qiymətləndirmək lazımdır.