star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Arestoviç söz verdi: Zelenskini həbs etdirəcəm, ömürlük!

Arestoviç söz verdi: Zelenskini həbs etdirəcəm, ömürlük!Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç hakimiyyətə gələrsə, Vladimir Zelenskini mühakimə edəcəyinə söz verib.

Bu barədə hazırda axtarışda olan Arestoviç jurnalist Aleksandr Şelestlə onlayn yayımda bildirib.

“İnsanlar məndən tez-tez soruşmağa başlayıblar: prezident olsam, Zelenskini həbs edəcəm? Axı mən bunu necə edə bilərəm? Həbs qərarını məhkəmə verir. Ancaq onun tutulması üçün göstəriş verəcəm”, - o deyib.

Arestoviç heç bir xarici ölkənin Zelenskini və onun dəstəsini xilas etməyəcəyini iddia edib:

“Biz hamını tutacağıq, harada gizlənməsindən asılı olmayaraq, onları yerin altından çıxaracağıq, geri gətirəcəyik və hökmü canlı efirdə oxuyacağıq”.

Onun fikrincə, Zelenskinin “başından bir tük də” əskik olmamalıdır, o, ömürlük həbsdə yatmalıdır.

Qeyd edək ki, bəzi iddialara görə, Qərb Arestoviçə “Zelenskini əvəzləyəcək ehtiyat kadr” kimi baxır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər