Komediya ustası Zelenski bizi 350 milyard xərcləməyə inandırıb
Dərc olunub:
19-02-2025, 20:57
Komediya ustası Vladimir Zelenski ABŞ-ı qalib gələ bilməyəcəyi müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.
“Sadəcə fikir verin, təvazökarlıqla uğur qazanan komediyaçı Vladimir Zelenski ABŞ-ı qalib gəlməsi mümkün olmayan, başlamamalı olan, lakin ABŞ və Trampsız heç vaxt bitməyəcək müharibəyə girmək üçün 350 milyard dollar xərcləməyə inandırıb”, - Tramp qeyd edib.
Tramp bildirib ki, ABŞ Avropadan 200 milyard dollar çox xərcləyib:
“Avropa pullarına zəmanət verilir, ABŞ-a isə heç nə qayıtmayacaq”.