star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Rusiya Paşinyana iki şərt qoydu

Rusiya Paşinyana iki şərt qoyduErmənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri düzəltmək üçün yeni yollar axtarır.

Ermənistan mediası xəbər verir ki, o, bu məqsədlə keçmiş prezident Levon Ter-Petrosyanın vasitəçiliyindən istifadə etməyə çalışır.

Fevralın 18-də Ter-Petrosyan öz şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Bir neçə gün əvvəl isə o, İran səfiri Mehdi Sobhani ilə də eyni formatda müzakirələr aparıb.

"İravunk" yazır ki, bu aktivlik Paşinyanın şəxsi xahişi ilə baş verib və o, Moskva ilə münasibətləri düzəltmək üçün keçmiş prezidentin nüfuzuna güvənir.

Rusiyanın Paşinyanın mövqeyini "xilas etməsi" üçün İrəvana iki əsas şərt irəli sürdüyü bildirilir:

- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxışı ilə bağlı məsələyə son qoymaq. Bunun üçün İrəvan ya bu addımdan tamamilə imtina etməli, ya da təşkilatdan çıxmaq istəyinə dair bütün suallarına cavab aldığını bəyan etməlidir.

- Ermənistan dəmir yolunun idarə olunması məsələsində Moskva ilə qarşılıqlı məqbul variantları müzakirə etməyə başlamalıdır.

Paşinyanın Rusiya ilə münasibətləri yenidən qurmağa cəhd göstərməsi onun ciddi siyasi təzyiqlərlə üzləşdiyini göstərir.

Modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər