Əli Əsədov İran Prezidenti ilə görüşüb

Əli Əsədov İran Prezidenti ilə görüşübBu gün Baş nazir Əli Əsədov Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Məsud Pezeşkiana çatdırıb.

Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.

3-cü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.

Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər