Azərbaycan rəsmiləri Gürcüstana gedir
Fevralın 18-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Gürcüstana rəsmi səfər edəcəklər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşü planlaşdırılır.
Tbilisidə keçiriləcək görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, regional tranzit marşrutlarının inkişafı və strateji infrastruktur layihələrinin müzakirə ediləcəyi gözlənilir.
Görüş çərçivəsində yaxın zamanda Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı yayılan məlumatlar və bu məsələnin Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən də təsdiqlənməsi müzakirə olunacaq. Görüşün qapalı qapılar araxasında keçiriləcək.