İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib?

İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib?Hər il Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin ordularının reytinq cədvəlini açıqlayır. Bu il də orduların sahib olduqları siah-sursatla bağlı məlumat yayıb. Sözsüz ki, bu siyahıda Azərbaycan da var. Qeyd edə bilərik ki, artileriya və raket qoşunlarımızın arsenalında daha müasir raket artileriya qurğuları mövcuddur.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin ordularının sahib olduqları ballistik raketlərin sayı ilə bağlı statistikanı şərh edərkən deyib.

O vurğulayıb ki, Ermənistanda ballistik raketlərin sayının çox olması bir sıra məsələlərlə bağlıdır:

“Ermənistana bu ballistik raketlər Rusiyanın bu ölkədəki 102-ci bazasından ötürüb, bu səbəbdən də sayı çoxdur. Həm də 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ordusu arsenalını belə silah-sursatla zənginləşdirmək üçün çabalar göstərir. Ötən günlərdə Ermənistanın müdafiə naziri Hindistanda, Fransada olub, ABŞ-la müəyyən anlaşmalar var. Hələ bundan sonra da ballistik raketlər alacaq, həm də uzaqmənzili raketlər əldə etmək niyyətindədilər. Sözsüz ki, Azərbaycan da təhdidlərə qarşı addımlar atır və atacaq”.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Ermənistanın 16, Azərbaycanın isə 4 ballistik raketi olduğu haqda məlumat yayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər