"Rusiya Kurska daha 2 min koreyalı göndərir"
Dərc olunub:
14-02-2025, 16:22
Rusiya çox güman ki, Kursk bölgəsinə daha 2-3 min Şimali Koreya əsgəri göndərəcək.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münhendə jurnalistlərə açıqlamasında deyib.
“Ukrayna onların sayını dəqiq bilmir, lakin orada olduqları zaman təxminən hesablaya bilirik. Bu arada görürük ki, onlar əlavə olaraq bir-iki min nəfər istəyir. Bu, şübhəsiz ki, yaxşı vəziyyətdən irəli gəlmir. Onların itkiləri var və nəsə istəyirlər”, - Zelenski bildirib.