PKK-nın Fransadakı qolu İstanbulda saxlanıldı
Dərc olunub:
14-02-2025, 12:05
Türkiyə Milli Kəşfiyyat Təşkilatı və İstanbul İl Polis İdarəsi terror təşkilatı PKK /KCK üzvünə qarşı birgə əməliyyat keçirib.
Avrasiya.net xəbər verir ki, PKK-nın Fransadakı qoluna üzv olan Medeni Altundereni İstanbulda keçirilən əməliyyatda saxlanılıb.
Uzun müddətdir MİT-in nəzarətində olan Medeni Altunderenin təşkilatın Fransa strukturunda təbliğat fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.