“Zəngəzur dəhlizi” ilə bağlı İrəvanda təşviş

“Zəngəzur dəhlizi” ilə bağlı İrəvanda təşvişErmənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistan-Azərbaycan danışıqlarının dalana dirənməsi ilə bağlı fikirlərlə razılaşmır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazir bu gün, fevralın 13-də hökumətin iclasından sonra jurnalistlərə bildirib:

“İstənilən halda, sərhədin demarkasiyası komissiyalarının iclası keçirilib və razılıq var ki, yaxın vaxtlarda yeni iclas keçirilməlidir”.

Sülh müqaviləsi danışıqlarına gəlincə, nazir müavini bildirib ki, Ermənistan kifayət qədər uzun müddətdir ki, Azərbaycana təqdim olunan təkliflərə cavab gözləyir.

“Ümid edirik ki, prosesin davam etməsi üçün tez bir zamanda cavab alacağıq”.

Kostanyan qeyd edib ki, Ermənistan əvvəlki kimi danışıqlarda iştirakını davam etdirir.

“Azərbaycan “Zəngəzur dəhlizi”nə hücum edib onu güc yolu ilə açmaq istəsə, Ermənistan nə edəcək” sualına nazir müavini cavab verib ki, Ermənistan əlində olan bütün vasitələrlə öz ərazi bütövlüyünü müdafiə etməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər